İŞİD Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb
18 Yanvar 2019 11:32 DünyaİŞİD terror qruplaşması Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb.
Bu barədəsilahlıların internetdəki aktivliyini izləyən "SITE Intelligence Group" məlumat yayıb.
Qeyd edilir ki, terrorçular tərəfindən nəşr edilən qəzetlərdən biri qruplaşmanın Maqnitoqorsk şəhərində yaşayış binasında, həmçinin bir gün sonra avtobusda törədilən partlayışa görə məsuliyyəti üzərinə götürdüyünü xəbər verib.
Qeyd edək ki, Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində 39 nəfər ölüb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31