Ermənistanın rüşvətxorluqda təqsirləndirilən keçmiş təbiəti mühafizə naziri axtarışa verilib

Ermənistanın keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan barəsində axtarış elan edilib.

Bunu ölkənin Xüsusi İstintaq Xidmətindən bildiriblər. 

Keçmiş nazir böyük məbləğdə rüşvət almaqda ittiham olunur. O, 2007-ci ildə sahibkar Silva Ambartsumyana 10 xüsusi lisenziya verərək, ondan 14 milyon dollar rüşvət tələb edib. Sahibkar bu məbləğin 6 milyon dollarını tanışları vasitəsi ilə nəğd şəkildə verib. S.Ambartsumyan qalan 8 milyon dolları isə Aram Artyunyanın Birləşmiş Ərəb Əmirliyindək qohumlarının hesabına köçürüb. Sabiq nazir aldığı rüşvətin real mənbəyini gizlətmək üçün daha sonra həmin məbləği İsveçrədəki bank hesabına ötürüb.

Hazırda A.Arutyunyan axtarışdadır. Yerevanın Ümumi Məhkəməsi onun barəsində qiyabi olaraq həbs qətiimkan tədbiri seçib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31