Türkiyənin tanınmış din alimi universitet rektoru təyin edilib
18 Yanvar 2019 11:16 DünyaTürkiyənin tanınmış din alimi Nihat Hatiboğlu Qaziantep İslam Elm və Texnologiya Universitetinin rektoru təyin edilib.
Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Sərəncama əsasən, daha 5 universitetə yeni rektor təyin edilib.
Qeyd edək ki, Nihat Hatiboğlu 1955-ci il mayın 11-də Diyabakırda doğulub. Siirt və Malatyada ibtidai məkətbdə, 1975-ci ildə isə Uşak İmam Hatib Məktəbində və Uşak Liseyində təhsil alıb. 1981-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsini bitirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31