Rusiyada "Su-34" qırıcı təyyarələri toqquşub

Rusiyanın Uzaq Şərq ərazisində iki "Su-34" qırıcı təyyarəsi toqquşub.

Hadisə yanvarın 18-də səhər saatlarında dəniz sahilinə yaxın ərazidə baş verib. Təyyarələrdən birinin pilotu katapult edib. Amma onun sağ qalıb-qalmadığı məlum deyil. Digər təyyarənin pilotunun taleyindən də xəbər yoxdur. Xəbəri Rambler.ru saytı  yayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31