Böyük Britaniya kraliçasının 97 yaşlı həyat yoldaşı qəzaya düşüb
18 Yanvar 2019 11:11 Dünya97 yaşlı Edinburq hersoqu şahzadə Filip İngiltərədə yol qəzasına düşüb.
Hadisə Sendiqrem kəndi yaxınlığında, Norfolk qraflığının qərbində baş verib.
Şahzadə Filip qəza zamanı xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
II Yelizaveta hər il Milad ərəfəsində Sendiqremə gedir. Ailənin digər üzvləri də orada toplaşır. Monarx Milad bayramında yerli Müqəddəs Məryəm Maqdalina kilsəsinə baş çəkir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31