Yaponiya 7 peyki daşıyan "Epsilon" raketini fəzaya buraxıb
18 Yanvar 2019 11:08 DünyaYaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) təhsil, mədəniyyət, idman, elm və texnologiyalar nazirlikləri ilə birgə "Epsilon" raket daşıyıcısının fəzaya buraxılmasını uğurla həyata keçirib.
Raketin buraxılması barədə xəbəri JAXA yayıb. Bildirilir ki, raket ölkənin cənub-qərbində yerləşən Utinour kosmodromundan buraxılıb.
Qeyd edək ki, bu tip raketlər sırasında, "Epsilon" Yaponiyanın fəzaya buraxdığı sayca 4-cü raketdiir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31