Ötən il bu ölkədə 11 mindən çox zəlzələ hadisəsi baş verib

İndoneziyada 2018-ci ildə 11 min 577 zəlzələ hadisəsi baş verib. Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Təşkilatı sədri Dvikorita Karnavati bildirib ki, zəlzələlərin 297-sinin böyüklüyü 5 baldan çox olub. Sədr , keçən il xüsusilə Palu və Lombok şəhərlərində meydana gələn zəlzələlərin böyük dağıtmaya yol açdığını və minlərlə adamın bu zəlzələlərdən zərərçəkdiyini deyib.

İndoneziyada 2018-ci ildə 11 min 577 zəlzələ hadisəsi baş verib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Təşkilatı sədri Dvikorita Karnavati bildirib ki, zəlzələlərin 297-sinin böyüklüyü 5 baldan çox olub. Sədr , keçən il xüsusilə Palu və Lombok şəhərlərində meydana gələn zəlzələlərin böyük dağıtmaya yol açdığını və minlərlə adamın bu zəlzələlərdən zərərçəkdiyini deyib.

Qeyd edək ki, son 7 il ərzində İndoneziyada 38 min 354 zəlzələ hadisəsi baş verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31