Türkiyə qırıcıları İraqın şimalında PKK-nı bombaladı
3 Yanvar 2019 15:11 DünyaTürkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK silahlılarına qarşı zərbələr endirib.
Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Məlumata görə, genişmiqyaslı əməliyyatlar Zap, Avaşin, Qara və Metina bölgələrində aparılıb. Əməliyyat çərçivəsində terrorçulara məxsus dayaq məntəqələri məhv edilib.
Türkiyə Silahlı Qüvvələri bəyan edib ki, antiterror əməliyyatları davam etdiriləcək.
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31