Feysbuk müsəlmanlara görə Netanyahunu cəzalandırdı
17 Dekabr 2018 16:24 DünyaFeysbuk İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun fələstinli müsəlmanları hədəf alan paylaşımını silib və səhifəsini 24 saatlıq bloklayıb.
Şirkətin bu addımının ardından Feysbuku hədəf alan Yair Netanyahu sosial şəbəkəni "fikir polisliyi" etməkdə ittiham edib.
"Fesbuk onu tənqid etdiyim üçün hesabımı 24 saatlıq əngəlləyib. Düşüncə polisidir. İnanılmaz", - Yair Netanyahu bildirib.
Xatırladaq ki, Yair Netanyahu bölgədə sülhün yalnız iki qrupdan birinin buradan tamamilə ayrılmasından sonra mümkün ola biləcəyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31