Ər-Riyaddan ABŞ-a sərt cavab: Rədd edirik
17 Dekabr 2018 14:13 DünyaSəudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Camal Qaşıqçı cinayətində məsuliyyət daşıması barədə ABŞ Senatının qəbul etdiyi qətnaməyə etiraz edib.
Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən bəyanat yayılıb.
"Səudiyyə Ərəbistanı ABŞ Senatının təsdiqlənməmiş iddia və ittihamlara əsasən qəbul etdiyi, Krallığın daxili işlərinə açıq şəkildə müdaxilə hesab olunan, ölkənin regional və beynəlxalq rolunu düzgün qiymətləndirməyən mövqeyini rədd edir", - XİN-dən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31