Gürcüstan Baş prokurorluğu 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıb
Gürcüstanın Baş prokurorluğunda Mixeil Saakaşvili dövründə hakimiyyətdə yüksək vəzifə tutmuş 159 nəfərə qarşı cinayət işi açılıb.
20 Noyabr 2018 17:10 DünyaGürcüstanın Baş prokurorluğunda Mixeil Saakaşvili dövründə hakimiyyətdə yüksək vəzifə tutmuş 159 nəfərə qarşı cinayət işi açılıb.
M.Saakaşvilinin hakimiyyətdə olduğu vaxtlarda müxtəlif cinayətlər törətmiş və cinayətlərdə iştirak etmiş yüksəkvəzifəli 159 nəfər barəsində cinayət işi başlayıb.
Onların sırasında sabiq prezident Mixeil Saakaşvili, sabiq daxili işlər naziri Vano Merabişvili, sabiq ədliyyə naziri Zurab Adeişvili, Tbilisinin keçmiş meri Qiqi Uqulava, sabiq müdafiə naziri Baço Axalaya və başqaları var. M.Saakaşviliyə qarşı 4, Baçane Axalayaya qarşı 4, Vano Merabişviliyə qarşı 5 cinayət işi açılıb.
Siyasi ekspertlərin sözlərinə görə, hakimiyyətin bu faktları bəyan etməsi siyasi motivlərlə əlaqəlidir. Hakimiyyət prezident seçkilərinin ikinci turu öncəsi bu faktları açmaqla seçiciləri müxalifətin namizədinə səs verməkdən çəkindirməyə çalışır.