Hindistanda sursat anbarında partlayış baş verib
20 Noyabr 2018 17:06 DünyaHindistanın Maharaştra ştatında mərkəzi sursat anbarında güclü partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
Hadisə Vardha rayonu ərazisində baş verib. Partlayışa istifadə müddəti bitmiş sursatların anbara yaxın ərazidə məhv edilməsi zamanı ehtiyatsızlıq səbəb olub.
Yerli polis məntəqəsinin zabiti bildirib ki, yaralananlardan 4-nün vəziyyəti ağırdır. Bütün yaralılar xəstəxanalara yerləşdiriliblər, hazırda təhqiqat aparılır.
Məlumata görə, vaxtı keçmiş sursatların partlayışla məhv edilməsi prosesini müqavilə əsasında bir neçə şirkət həyata keçirirmiş. Həmin şirkətlər yaxınlıqdakı kəndin sakinlərinə cüzi əməkhaqqı ödəməklə onları prosesə cəlb edirmişlər. Partlayış zamanı ölənlərin də kənd sakinləri olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31