Canlı efirdə ögey atası ilə gəzən qızını döyüb burnunu sındırdı (VİDEO)

Rusiyanın birinci kanalında yayımlanan "Pryamoy efir" verilişində dava düşüb. 

BAKU.WS-in məlumatına görə, verilişin qonağı olan şoumen Qoqen Solnçev və həyat yoldaşı arasında qızğın mübahisə baş verib. 

Andrey Malaxovun aparıcılıq etdiyi verilişdə Qoqen 63 yaşlı həyat yoldaşı Yekaterina Tereşkoviçi özündən çıxıb. Tereşkoviçin doğma qızından şübhələnməsi isə davaya qığılcım olub. Belə ki, qadın qızının ögey atası olan Qoqenlə gizli münasibətdə olduğunu iddia edib. 
 

Daha sonra tərəflər arasında mübahisə davaya çevrilib. Tereşkoviç qızının üzərinə hücum çəkib və onu döyüb. 

Üzü qanlar içində qalan qızı dərhal studiyadan çıxarıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31