Turizmdən ən çox asılı olan şəhərin adı açıqlanıb
13 Noyabr 2018 11:12 DünyaMeksikanın Kankun şəhəri turizmdən ən çox asılı olan şəhər seçilib.
Kankun şəhərinin turizmdən gəliri ÜDM-nin 49,6 faizini təşkil edir.
Qeyd edək ki, Kankun 1972-ci ilə qədər adi kənd olub və sonra şəhəri məşhur kurorta çeviriblər. Şəhərə gedən turistlərin 63 faizi ABŞ vətəndaşlarıdır.
"WTTC"nin siyasında 2-ci yerdə Mərakeş şəhəri qərarlaşıb. Bu şəhərin turizmdən gəliri ÜDM-nin 30,2 faizini təşkil edir. Mərakeşə gələn turistlərin təxminən 33 faizi Fransa vətəndaşlarıdır.
Reytinqin 3-cü pilləsində Makao qərarlaşıb. Makaonun turizmdən gəliri ÜDM-nin 29,3 faizini təşkil edir.
İlk onluğa həmçinin ABŞ-ın Orlando şəhəri (ÜDM-nin 18,7 faizi), Türkiyənin Antalya şəhəri (ÜDM-nin 17,6 faizi), Venesiya, Dubrovnik, Dubay, Las-Veqas və Banqkok daxil olublar.
Trend