Şimali Koreya Cənubi Koreya ilə sərhəddə 636 mina zərərsizləşdirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya Respublikası ilə sərhəddəki Phanmuncom məntəqəsi ərazisində quraşdırılmış 636 mina aşkar edib və zərərsizləşdirib.

Bunu Cənubi Koreyanın müdafiə naziri Çon Gyon Du deyib.

O qeyd edib ki, cənub tərəfdə heç bir mina tapılmayıb: "Lakin Şimali Koreya bizi 636 ədəd minanın zərərsizləşdirilməsi barədə məlumatlandırıb".

Seul və Pxenyan Koreya yarımadasını iki hissəyə ayıran demilitarizasiya edilmiş zonada yerləşən 11 blok-postdan qoşunların və silahların çıxardılmasını yekunlaşdırıb. Tərəflər noyabrın sonunadək 10 blok-postu ləğv edəcək, lakin gələcəkdə turistlərə nümayiş etdirilməsi üçün hər iki tərəfdə biri saxlanılacaq.

Ümumilikdə Koreya Respublikası tərəfdə 60, KXDR-də isə 160 blok post var.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31