Ərdoğan qərar verməlidir: ABŞ təhdidləri, Kremlin şərtləri…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftələrdə çox vacib qərarlar qəbul etməlidir.

Bu sözləri "Faynənşl Tayms" nəşrinin xarici xəbərlər redaktoru David Qardner yazıb.

Türkiyə iqtisadiyyatı və xarici siyasətindəki son hadisələrin qiymətləndirildiyi yazıda Qardner Ərdoğanın ABŞ təhdidləri ilə Rusiyanın tələblərinə necə cavab verəcəyinə qərar verməli olduğunu bildirib. Ekspertin fikrincə, bir neçə həftə ərzində qəbul ediləcək bu qərarlar Türkiyənin iqtisadi tərəqqisi və təhlükəsizliyinə gerçək təhdidlərin ünvanlandığı bu dövrdə geosiyasi cəhətdən harada olacağına qərar verməsinə kömək edəcək.

Branson ABŞ-a sülh hədiyyəsi olaraq təqdim oluna bilər

"Türk lirəsinin ilin əvvəlindən etibarən ABŞ dolları qarşısında 40 faiz dəyər itirməsinə və şirkətlərin xarici borcunun artmasına səbəb olan böhran bir qədər səngiyib. Ancaq NATO üzvü Türkiyənin Rusiya ilə yaxınlaşmasına, İrana qarşı sanksiyaları pozmasına və amerikalı keşiş Bransonu həbsdə saxlamasına qəzəblənən ABŞ türk nazirlərə və Türkiyədən idxala qarşı cəza mahiyyətli addımlar atdı. Türk iqtisadiyyatının ən həssas olduğu dövrdə yeni addımlar hazırlanır".

Qardner 12 oktyabrda yenidən hakim qarşısına çıxarılacaq keşiş Bransonun sərbəst buraxıla biləcəyinə dair iddiaların da artdığını vurğulayıb:

"Prezident Ərdoğan ötən il Bransonun həbsi və Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi arasında əlaqə qurmuşdu. Ərdoğanın türk məhkəməsinin müstəqil olması barədə vədini çox az insan ciddi qəbul etdi. Bir çox insan keşiş Bransonun ABŞ Prezidenti Donald Trampa sülh hədiyyəsi kimi təqdim olunacağını düşünür".

Qardner TBMM-in açılışında Branson məsələsi və Suriyada PYD qüvvələrinə verilən dəstəyə görə Ərdoğanın ABŞ-a kəskin reaksiya verməsini xatırladıb:

"Keçmişdə Ərdoğan tərəfə əsən küləklər özü ilə soyuqqanlı bir diplomatiya gətirirdi, ancaq Ərdoğanın hazırkı vəziyyətinə baxsaq, vəziyyət bir az fərqlidir. Vaşinqtonun qəzəbi Türkiyənin qəzəbindən daha böyükdür. Ərdoğanın müttəfiqləri Trampa qarşı Rusiya, Çin və hətta Avropa Birliyi ilə qurulacaq bir ittifaqdan bəhs edir. Ancaq bu arada Ərdoğanın dünya səhnəsindəki ən yaxşı dostu Rusiya Prezidenti Vladimir Putinlə arasında anlaşmazlıq potensialı daşıyan geniş sahə dayanır. Suriyda 7 ildir davam edən müharibəyə qarşı tərəflər müzakirələrə başlasalar da, Rusiyanın Əsəd rejimini dəstəkləyən hava hücumları ilə birlikdə Türkiyə Rusiyanın təsir dairəsinə çəkildi".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31