“Rahib Branson qaytarılırmı?” – Hizert Nauret açıqladı

ABŞ Dövlət Departamentinin sözcüsü Hizert Nauret Türkiyədə həbsdə olan rahib Branson barədə açıqlama verib.

Dünən Türkiyə Konstitusiya Məhkəməsində onun FETÖ terror qruplaşması ilə əlaqəsi olub-olmadığı məsələsi qaldırılıb.

Rahib Bransonun oktyabr ayında ABŞ-a qaytarılması barədə gəzən söz-söhbətə Department sözcüsü belə cavab verib:

"Bu barədə dəqiq məlumatımız yoxdur. Ancaq bir şeyi dəqiq bilirəm, rahib Branson dərhal vətənə qayıtmalıdır. Bu məsələ çox uzandı. Türkiyə hökuməti ilə danışıqlar davam edir".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31