“S-300” Suriyaya təhvil verildi

Rusiya müdafiə naziri Suriyaya "S-300" hava hücumundan müdafiə raket kompleksinin təhvil verildiyini açıqlayıb.

O1218, bu barədə Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib.

Şoyqu qeyd edib ki, rus hərbiçilərin Suriyadakı təhlükəsizliyini artırmaq üçün qabaqlayıcı tədbirlər davam etdirilir. Belə ki, "S-300"lə yanaşı 49 fərqli hərbi-texniki cihaz da Suriya göndərilib.

Xatırladaq ki, ötən ay Rusiyaya məxsus "İl-20" təyyarəsinin Aralıq dənizində vurulmasınadan sonra Suriyaya "S-300" göndərilməsi qərara alınmışdı.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31