İnternetin yaradıcısı ona alternativ yaradır
3 Oktyabr 2018 12:12 DünyaMüasir internetin yaradıcı, "Ümumdünya Hörümçək Toru" Konsorsiumunun rəhbəri Timoti Berners Li internetə alternativ şəbəkəni yaratmağa başlayıb.
Bu barədə məlumatı "Biznes İnsayder" qəzeti yayıb. Məlumata görə, öz bloqunda Berners Li artıq yeni strukturu haqqında məlumat verib. O, yeni strukturu "İnrupt" adlandırıb.
Bu strukturun internetdən əsas fərqi odur ki, istifadəçilər özləri məlumatlarını harada saxlayacaqlarını seçəcəklər və bununla da onları İT şirkətlərində təqdim etməkdən yayına biləcəklər. Berners Li bloqunda dərc etdirdiyi yazıda həmçinin internetin hazırda kritik an yaşadığını bildirib:
"Şəbəkə artıq ədəlatsizlik mühərrikinə çevrilib. Ondan güclü qüvvələr öz məqsədləri üçün istifadə edir".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31