"Ər-Riyad bizsiz məhv olar, gərək pul ödəsin" - Tramp

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud ABŞ-ın hərbi yardımı olmadan dayana bilməz.

Belə bir bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib. O, Səudiyyə kralının burada ABŞ hərbi mövcudluğuna görə Vaşinqtona ödəniş etməli olduğunu bildirib:

"Kral Salman mənim xoşuma gəlir. Ona dedim ki, biz sizi qoruyuruq. Siz indi yerləşdiyiniz yerdə heç iki həftə də bizsiz ola bilməzsiniz. Siz gərək ABŞ hərbçilərinin Səudiyyə Ərəbistanında olmasına görə ödəniş edəsiniz".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31