Helikopterlə həbsdən qaçan məhbus yaxalandı
3 Oktyabr 2018 12:06 DünyaFransız polisi iyul ayında helikopterlə həbsxanadan qaçan Reduan Faid adlı məhbusu yaxalayıb.
Bu barədə "Röyter" informasiya yayıb.
Məlumata görə, Faid Parisin şimalındakı Kreyl bölgəsində ələ keçirilib.
Qeyd edək ki, Fransada barəsində 25 il həbs cəzası verilmiş məhbus Reduan Faid iyul ayında helikopterlə həbsxanadan qaçıb. Faid 5 il əvvəl də həbsdən uğurlu qaçış cəhdi edib. O zaman məhbus həbsxananın divarlarını partladıb, daha sonra bir neçə bölmə əməkdaşını girov götürmüşdü.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31