Köçəryanın qovduğu “nazir-deputat” İrəvana qayıdır
3 Oktyabr 2018 12:03 DünyaErmənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın yaxın adamı olan Vano Siradeqyan Ermənistana geri dönməyi planlaşdırır.
"Jamanak" qəzeti Siradeqyanın geri dönməsi üçün hökumətin onun üzərindən ittihamları götürməsini gözlədiyini yazıb.
Qeyd edək ki, Siradeqyan Ermənistanın keçmiş daxili işlər naziridir. O, 2000-ci ildə deputat olmasına baxmayaraq, ona qarşı eks-prezident Robert Köçəryanın təşəbbüsü ilə cinayət işi açılıb. Nəticədə Siradeqyan ölkədən qaçıb və indiyə qədər beynəlxalq axtarışdadır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31