İsrail özünü müdafiə hüququnu dəstəklədiyinə görə ABŞ-a təşəkkür edib

İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin özünü müdafiə etmək hüququnu dəstəklədiyi üçün Birləşmiş Ştatlara minnətdarlığını ifadə edib.

O, bunu "Facebook" səhifəsində yazıb.

"Mən İsrailə göstərdikləri sədaqət və yaxın on il üçün ayrılan maliyyə paketinə görə, Amerika administrasiyası və Konqresinə minnətdarlığımı bildirirəm", - deyə Netanyahu qeyd edib.

O bildirib ki, ABŞ-ın İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləməsi iki ölkə arasında mövcud olan davamlı münasibətlərin sütunlarından biridir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31