ABŞ-da zoopark təhlükəsizlik məqsədi ilə təxliyyə edilib
3 Oktyabr 2018 11:42 DünyaABŞ-ın Kolorado ştatında yerləşən Denvera heyvanat parkı təhlükəsizlik məqsədi ilə təxliyyə edilib.
Bu barədə məlumat müəssisə rəhbərliyinin "Twitter" səhifəsinə yerləşdirilib.
"Qonaqlarımızın, əməkdaşlarımızın və heyvanlarımızın təhlükəsizliyi bizim üçün əsasdır və biz lazımi ehtiyat tədbirləri görürük", - deyə məlumatda bildirilir.
Hazırda zoopark bağlanıb, polis təhlükə barədə məlumatı araşdırır. Piyada və sürücülərdən əraziyə yaxınlaşmamaq xahiş olunub.
"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31