London metrosunda sərnişinlərə hücum edən şəxs saxlanılıb

Böyük Britaniyada polis əməkdaşları London metrosunun vaqonunda sərnişinlərə hücum edən bıcaqla silahlanmış şəxsi saxlayıblar.

Hadisə "Hakni Sentral" metro stansiyası yaxınlığında baş verib. Bəzi məlumatlara əsasən, bir neçə nəfər hücum nəticəsində yaralanıb.

Asayiş keşikçiləri stansiyadan bütün sərnişinləri təxliyə edib.

TREND

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31