Kanada İndoneziyada zərər çəkənlərə 1,5 milyon dollar ayırdı

Kanada İndoneziyada zəlzələ və sunami nəticəsində zərər çəkən insanlara yardım göstərən humanitar təşkilatlara 1,5 milyon dollar ayıracaq.

Bu barədə Kanada hakimiyyətinin saytında bildirilir.

Kanadanın beynəlxalq inkişaf naziri Mari-Klod Bibo öz növbəsində bildirib: "Bu yardım birbaşa yardıma ən çox ehtiyacı olan yerlərdə işləyən etibarlı humanitar tərəfdaşlara təqdim olunacaq".

Xatırladaq ki, snetyabrın 28-də səhər saatlarında İndoneziyanın Sulavesi adasının sahillərində Palu şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ olub. Daha sonra həmin ərazidə 7,4 gücündə zəlzələ və afterşoklar olub. Palu şəhərinin üzərinə 2 metr hündürlüyündə sunami gəlib. Hadisə nəticəsindəə 1234 nəfər həlak olub, 60 mindən çox insan evsiz qalıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31