İraqın yeni prezidenti Bərham Saleh oldu
3 Oktyabr 2018 11:11 Dünyaİraq parlamentinin deputatları Bərham Salehi ölkə prezidenti seçiblər.
Salehin lehinə 165 deputat səs verib.
Parlamentin iclasında 329 deputatdan 301-i iştirak edib, beləliklə spiker Məhəmməd Əl-Halbusi 3-cü cəhddən səsvermə üçün lazımi yetərsay toplaya bilib.
Deputatlar qarşısında and içərkən Saleh ərəb ölkəsinin müstəqilliyini və ərazi bütövlüyünü qorumağa söz verib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31