Rusiya və Hindistan "İndra" antiterror təlimləri keçirəcəklər
3 Oktyabr 2018 10:59 DünyaRusiya və Hindistan "İndra-2018" adı altında birgə antiterror təlimləri keçirəcəklər.
18-28 noyabr tarixlərini əhatə edəcək təlimlər Hindistanın Uttar Pradeş ştatının Babina yaşayış məntəqəsinin yaxınlığındakı poliqonda təşkil ediləcək.
Rusiya tərəfdən təlimlərə Primorsk diyarında dislokasiya olunmuş Şərqi hərbi dairənin motoatıcı birləşməsinin təqribən 250 hərbi qulluqçusu cəlb olunacaq.
Xatırladaq ki, "İndra" Rusiya-Hindistan antiterror təlimləri 2003-cü ildən keçirilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31