Baltik dənizində bərə yandı - 335 nəfər içində
2 Oktyabr 2018 18:31 DünyaBaltik dənizində Litvaya məxsus və içərisində 335 sərnişinin olduğu bərədə yanğın başlayıb.
Yanğın mühərrik bölümündəki partlayışdan sonra başlayıb.
Yanğının qarşısı bir müddət sonra alınsa da, gəmi açıq dənizdə hərəkətsiz qalıb.
Hazırda sərnişin və heyət üzvlərinin xilas edilməsi üçün xilasedici helikopter və 8 gəmi yola düşüb.
Bərə Rusiyanın Kalininqrad şəhərindən 155 kilometr məsafədə dayanıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31