Dünyanın ofis açmaq üçün ən bahalı şəhəri açıqlanıb

"Savills" şirkətinin tərtib etdiyi mənzil və iş yeri qiyməti indeksinə (Live/Work Index) görə əməkdaşları və işçiləri yerləşdirmək baxımdan dünyanın ən bahalı şəhəri 2011-ci ildən sonra ilk dəfə Honqkonq olub.

Burada bir əməkdaş üçün mənzil və ofis məkanının icarə haqqı son 1 ildə 5% artaraq 112,4 min ABŞ dolları təşkil edib.

Son 2 ildə reytinqin 1-ci pilləsində qərarlaşmış Nyu-Yorkda həmin göstərici 1,7% azalaraq 108,2 min dollara düşüb. Növbəti yerlərdə London (96 min dollar), Tokio (84 min dollar) və Amsterdam (62,8 min dollar) şəhərləri qərarlaşıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31