Hollivud ulduzundan şok bəyanat: "Bu iki ölkə birləşsin"

Yeni Zelandiya və Avstraliya birləşməli, rəhbəri isə Yasinda Ardern olmalıdır.

Bu sözləri Hollivud ulduzu Rassel Krou Tvitter hesabında jurnalist Conatan Qrinin Yeni Zelandiya və Avstraliyanın biləşməsi təklifinə dəstək olaraq yazıb.

"Bax, sadəcə qəbul et. O (Ardern) möhtəşəm insandır. Avstraliya və Yeni Zelandiyanı bir ölkəyə çevirib Yasinda Arderni də baş nazir etməyin zamanı gəlmədi?", - aktyor Qrinə müraciətlə yazıb.

Qeyd edək ki, Yasinda Ardern hazırda Yeni Zelandiyanın baş naziridir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31