Rahib Bransonun vəkilindən yeni açıqlama
2 Oktyabr 2018 16:47 DünyaCasusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunan amerikalı rahib Endryu Bransonun vəkili ev həbsinin aradan qaldırılması tələbi ilə sabah Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Endryu Bransonun vəkili İsmayıl Cem Halavurt iddianamədə müdafiə etdiyi şəxsin xaricə çıxışına qoyulan qadağa ilə bağlı tələbin irəli sürüləcəyini söyləyib: "Oktyabrın 12-dən əvvəl qərar veriləcəyini gözləmirəm, lakin biz məhkəmə prosesindən əvvəl iddia qaldırmaq niyyətindəyik".
Qeyd edək ki, amerikalı rahib oktyabrın 12-də məhkəmə qarşısına çıxarılacaq. Barəsində iddialar təsdiqlənərsə, Endryu Bransonu 35 ilə qədər həbs cəzası gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31