Səudiyyə kralı Yəmənə 200 milyon dollar yardım ayırdı
2 Oktyabr 2018 16:38 DünyaSəudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Yəmənin Mərkəzi Bankına 200 milyon dollar yardım edilməsi ilə bağlı təlimat verib.
Bu barədə Səudiyyənin rəsmi xəbər agentliyi olan SPA məlumat yayıb.
Bu addımın Yəmən xalqına və hökumətinə dəstək olmaq, ölkənin milli pul vahidini gücləndirmək və iqtisadi sabitliyi təmin etmək üçün atıldığı qeyd edilib.
Qeyd edək ki, daxili savaşın davam etdiyi Yəməndə dünən milli pul vahidi olan riyalın dollar qarşısında kəskin ucuzlaşıb. Belə ki, ölkə tarixində ilk dəfə olaraq sərbəst bazarda 1 dollar 760 Yəmən riyalına bərabər olub.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31