ABŞ İsrailə 38 milyard dollarlıq hərbi yardım ayırıb

ABŞ İsrailə 38 milyard dollar həcmində hərbi yardım ayırıb.

Bu barədə Dövlət Departamentinin nümayəndəsi Xizer Nauert özünün tvitter hesabında yazıb. Qeyd edilən vəsait 2019-2028-ci illər ərzində hissə-hissə ödəniləcək. 

Nauret bildirib ki, məqsəd İsrailə hərbi yardım göstərmək və ikitərəfli əlaqələri möhkəmləndirməkdir. Onun sözlərinə görə, qanun artıq prezident Donald Tramp tərəfindən imzalanıb. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31