Daha bir Bağdad gözəli ölümlə təhdid edilir — Canlı yayımda hönkürdü
2 Oktyabr 2018 16:33 Dünya22 yaşlı keçmiş Bağdad gözəli, iraqlı maniken Tara Faresin naməlum şəxslər tərəfindən öldürülməsindən sonra keçmişİraq gözəli Şeyma Qasım da təhdid almağa başlayıb.
Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, telefonuna "növbədə sənsən" mesajı gəlib.
Şeyma ölkəsində bəzi qadınların "toyuqlar kimi qətl edilməklə" təhdid edildiyini açıqlayıb.
2,7 milyon "İnstaqram" izləyicisi olan modelin sözlərinə görə, dar paltarlarla fərqli saç modelləri və döyməli şəkil paylaşdığı üçün ona təzyiq göstərirlər. O, canlı yayımda hönkür-hönkür ağlayaraq kömək istəyib.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31