Kolumbiya gözəlini seçdi

Kainat gözəlləri ilə məşhur olan Kolumbiya yeni gözəllik kraliçasını seçib.

"Miss Colombia 2018" müsabiqəsi Medellin şəhərində keçirilib. Final mərhələsində Kolumbiyanın ən gözəl qızı məlum olub. 2018-ci ilin gözəllik kraliçası Valle şəhərinin nümayəndəsi, 20 yaşlı Valeriya Morales olub. Valeriya universitet tələbəsidir.

Valeriya ABŞ-da ali təhsil alır və sosial münasibətlər üzrə oxuyur. Bu il birinci seçilən Morales tacını keçən ilin birincisi Laura Qonzalesdən aldı.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31