BƏƏ Kosmik Agentliyi ilə NASA arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Bremen şəhərində (Almaniya) kosmonavtika məsələlərinə həsr edilmiş beynəlxalq konfransda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kosmik Agentliyi ilə ABŞ-ın NASA Kosmik Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

BƏƏ ali təhsil məsələləri üzrə dövlət naziri və Kosmik Agentliyin direktorlar şurasının sədri Əhməd Al Falasinin sözlərinə görə, bu saziş kosmik fəzanın dinc məqsədlər üçün öyrənilməsi, tədqiqat layihələri və Əmirlik üçün astronavtlar hazırlanması sahələrində əməkdaşlıq məsələlərini əhatə edir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31