Fransa İran kəşfiyyatının aktivlərini dondurdu

Fransa hökuməti İran Kəşfiyyat Nazirliyinin aktivlərini dondurub.

İran kəşfiyyatıyla bərabər rəsmi Paris daha iki iranlının da hesablarına həbs qoyub. Hesablarına həbs qoyulan şəxslərdən birinin adının Əsədullah Əsədi olduğu bildirilib.

Mətbuat bu şəxsin adının Fransada terakt hazırlayan iranlı diplomatla eyni olduğunu iddia edib.

Qeyd edək ki, bundan öncə Almaniyanın Bambert şəhərinin məhkəməsi Əsədullah Əsədinin Belçikaya ekstradisiyası ilə bağlı qərar qəbul edib. Buna səbəb Əsədinin İran Xalq Mücahidləri Təşkilatının görüşündə terakt törətmək istəməsi olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31