Barselonada toqquşmalarda 30-dan çox polis əməkdaşı yaralanıb

Barselonada baş verən toqquşmalar nəticəsində Kataloniyanın "Mossos D`Esquadra" hüquq-mühafizə orqanlarının 30-dan çox əməkdaşı xəsarət alıb.

Bu barədə qurumun mətbuat xidmətinin nümayəndəsi bildirib. O, xəsarətlərin xarakteri və saxlanılan şəxslərin sayı barədə açıqlama verməyib və bu məlumatların mətbuat konfransında elan olunacağını deyib.

Qeyd edək ki, oktyabrın 1-də axşam saatlarında Kataloniyanın Barselona və Jirona şəhərlərində nümayişçilər və hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verib. Kütləvi aksiyalar İspaniya hökuməti və Konstitusiya Məhkəməsi tərəfindən tanınmayan müstəqillik barədə referendumun ildönümü ilə əlaqədar keçirilib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31