Vaşinqton Rusiyanı Suriyadan çıxarmaq üçün Əsədlə anlaşa bilər

Şimali Koreya təcrübəsi belə deməyə əsas verir

Şimali Koreya təcrübəsi belə deməyə əsas verir

Birləşmiş Ştatlarla Rusiya arasında Yaxın Şərq regionuna nəzarət uğrunda savaş hər ötən gün özünün yeni mərhələsinə qədəm qoyur. Şimal qonşumuzu iqtisadi sanksiyalarla çökdürməyi, bununla da regiondan, xüsusilə də Suriyadan çıxarmağı hədəfləyən Birləşmiş Ştatlar hələlik buna nail ola bilməsə də, ancaq Vaşinqton bu istiqamətdə cəhdlərini davam etdirir. Hətta Vaşinqtonun Rusiyanı Suriyadan çıxarmaq üçün bir vaxtlar qatil dediyi Əsədlə belə anlaşmaya getməkdə maraqlı göründüyü bildirilir. Ekspertlər Şimali Koreya təcrübəsindən çıxış edərək Vaşinqtonun Əsədlə anlaşa biləcəyini iddia edirlər. Çünki son aylara qədər Şimali Koreya lideri Kim Çen İn də Birləşmiş Ştatlar üçün bir nömrəli düşmən hesab edilirdi. Lakin Donald Trampın Kim Çen İnlə görüşündən sonra Şimali Koreyaya olan münasibət demək olar ki, 90 dərəcədə dəyişdi və tərəflər qarşılıqlı anlaşma əldə etdilər. Bu baxımdan ekspetlər Vaşinqtonun Əsədlə də anlaşa biləcəyi mümkünlüyünü qeyd edirlər.

Bu arada Rusiyanın da Birləşmiş Ştatların məlum planlarına qarşı adekvat addımlar atdığı bildirilir. Bu sırada okeanın o tayına kiber hücumların baş vermə mümkünlüyü ön sırada qeyd edilir. Məlumat üçün qeyd edək ki, hələ Birləşmiş Ştatlarda prezident seçkiləri keçirilən zaman da Rusiya tərəfindən Amerikaya kiber hücumun həyata keçirildiyi iddia olunurdu. Müstəqil ekspert Emil Həsənli Birləşmiş Ştatlarla Rusiya arasındakı münasibətlərə diqqət çəkərək bildirir ki, Rusiyanın Birləşmiş Ştatlardakı seçkilərə kiber hücumlarla müdaxilə edəcəyi fikri ilə heç vaxt razı olmayıb. Onun sözlərinə görə, dünyada ən güclü kiber ordu Birləşmiş Ştatılara məxsusdur: "Proqramlaşdırma sahəsində Birləşmiş Ştatların hansı imkanlara sahib olduğunu da çox gözəl bilirik. Yəni Birləşmiş Ştatlar kimi dövlətdə prezident seçkilərinə müdaxilə bu qədərmi asan idi? Zənnimcə, "Seçkilərə Rusiya müdaxiləsi" bəhanəsi müəyyən məqsədlərə xidmət edir. İlk başdan bildirilirdi ki, bu demokratların uydurduğu yalandan və iftiradan başqa bir şey deyil.  Lakin bu fakt deyil və yalnız iddiadan ibarətdir. Bir iddia panika və ajotaja səbəb ola bilər.  Lakin məsələyə Birləşmiş Ştatların Federal Təhlükəsizlik Bürosunun qarışması və araşdırmanın indiyə kimi davam etməsi şübhəlidir. Əgər Donald Trampın prezident seçilməsinə kiber müdaxilə səbəb olubsa, bunu yoxlamaq elə də uzun zaman tələb etmir. Qısacası hesab edirəm ki, burada məqsəd tamam fərqlidir. İlk öncə ABŞ-ın xarici siyasətində də biz yanlışlıqlar görürük. Lakin ABŞ tərəfi hələ gözləyir". Ekspert bildirib ki,  Suriyada vəziyyət, tamamilə, fərqli məcrada davam edir: " Rusiya Suriyaya müdaxiləsinin ilk illərindən heç bir nəticəyə varmasa da, indi Bəşər Əsəd rejimi rusların dəstəyi ilə Suriyada əhəmiyyətli mövqeyə sahib olub və indi etiraf etməliyik ki, Amerika tərəfi Suriyada hər bir şeyə hazırdır. Əvvəllər Birləşmiş Ştatlar Əsədi "qatil" adlandırırdı. Lakin bir müddət öncə Donald  Tramp Bəşər Əsədə "prezident Əsəd" deyə müraciət etdi". Ekspert onu da diqqətə çatdırıb ki,  əgər Suriyada Rusiya zəfər qazansa Birləşmiş Ştatlar faktiki olaraq uduzmuş sayılacaq: "Hələlik isə bunu zaman göstərəcək. Ancaq bütün halda buna görə günahkar birini tapmaq lazımdır ki, günah xarici siyasətin qeyri-səmərəli olmasında qalmasın. İlk növbədə Trampın rusların seçdiyi (seçkilərə kiber müdaxilə ilə) prezident olması şayəsini uydurmaq və işə FTB-nin qarışması. Amma Trampın ruslara işləyib, işləməməsini dəqiq demirlər. Hələ Suriyadakı savaşın gedişatını və Rusiyanın addımlarını gözləyirlər. Digər tərəfdən bir faktı da deyim. Tramp hakimiyyətə gələndən bu yana ona qarşı kampaniyalar davam edir. Bir neçə ay əvvəl jurnalist Michael Wolff-un müəllifi olduğu "Atəş və qəzəb. Trampın Ağ evində" ( Fire and Fury: Inside the Trump White House) kitabı nəşr olundu. Bu kitabda Tramp haqqında hər bir şeyə toxunulmuşdu. Qısa zamanda kitab Amerikada ən populyar bestseller-ə çevrildi-250 min tirajla. Burada bir hissədə qeyd edilir ki: " Trump çaşbaş qalmışdı. O, qələbə qazanacağını gözləmirdi və hətta istəmirdi.". Emil Həsənlinin sözlərinə görə,  belə bir kampaniya aparılır və ondan əvvəl isə göstərirlər ki, Donald Trampın seçilməsində Rusiyanın kiber müdaxiləsi rol oynayıb: "Bu kitabda isə Trampın qələbə qazanacağını gözləməməsi və çaşbaş qalması fikrini göstərmək isə onu bu posta birilərinin gətirdiyini göstərməkdir. Bu kitab açar rolunu oynayacaqdı. Çünki kitab qısa zamanda tək Amerikada deyil, bütün dünyada məşhurlaşdı".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31