NATO-nun müdafiə xərclərinin artırılması müzakirə olunacaq
2 Oktyabr 2018 14:46 DünyaBrüsseldə oktyabrın 3-4-də NATO müdafiə nazirlərinin görüşü keçiriləcək.
Bu barədə jurnalistlərə NATO Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, 29 üzv ölkənin müdafiə nazirləri əsasən müdafiə xərclərinin artırılması məsələsini müzakirə edəcəklər: "Həmçinin hazırda Makedoniyanın üzvlüyə qəbul olunması haqqında danışıqlar gedir. Güman edirəm ki, bu danışıqları gələn ilin yanvarında başa çatdıracağıq".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31