“Instagram”ın yeni baş direktoru məlum oldu

"Instagram" sosial şəbəkəsinin yeni baş direktoru Adam Mosseri olub.

Bu barədə "Instagram"ın qurucuları Kevin Sistr və Mayk Kriqerer məlumat yayıblar.

Mosseri 2008-ci ildə "Facebook"un dizayn bölməsində çalışıb. O, "Instagram"da bütün bölmələrin idarəçilik qaydalarını müəyyən edəcək. 

Qeyd edək ki, Sistr və Kriqer ötən həftə "Instagram" rəhbərliyindən istefa verəcəklərini açıqlamışdılar.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31