54 illik səhv düzəldildi

ABŞ-ın Nyu-York şəhərində 54 il öncə adı səhvən "Verrazano" kimi yazılan körpünün adı dəyişdirilib.

Şəhər meri Endryu Kuomo körpünün adının "Verrazzano" olaraq dəyişdirilməsi barədə qərar verib.

O, italyan səyyahın xatirəsinə hörmət əlaməti olaraq bu addımın atıldığını bildirib.

Qeyd edək ki, Bruklin və Steyten Aylend bölgələrini birləşdirən körpünün adı 1524-cü ildə Nyu-York limanını kəşf edən italyan səyyah Covanni da Verrazzanonun adını daşıyır. Körpü 1964-cü ildə istifadəyə verilib.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31