Kaliforniyada bir gündə iki təyyarə qəzası
2 Oktyabr 2018 14:24 DünyaABŞ-ın Kaliforniya ştatındakı Brekett hava limanı ətrafında bir gündə iki təyyarə qəzası baş verib.
Dünən "Cessna" tipli iki nəfərlik kiçik təyyarə eniş edərkən yerə çırpılmışdı.
Pilot ölmüş, yanındakı şəxs isə ağır yaralanmışdı.
Hadisədən bir neçə saat sonra həmin ərazidə bu dəfə təyyarə yanıb. Belə ki, yüngülmühərrikli kiçik təyyarə eniş etdikdən sonra uçuş zolağının sonunda alovlanmağa başlayıb. Yanğın qısa zamanda söndürülsə də, pilot ölüb.
Hazırda hər iki hadisə ilə bağlı araşdırma aparılır.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31