Bu ölkə dünyadan yardım istəyir

Beynəlxalq ictimaiyyət qanunsuz miqrant axını və insan alveri məsələsində Sudana daha çox dəstək verməlidir.

Bu sözləri Sudan Prezidenti Ömər Bəşir deyib.

"Regionun sabitliyində və inkişafında Sudan etibar ediləcək partnyordur. Cənubi Sudanda sülh razılaşmasının imzalanması, Mərkəzi Afrika Respublikasında (MAR) münaqişə tərəflərinin bir araya gəlməsi ilə bağlı mühüm vəzifəni üzərimizə götürmüşük", - deyə Sudan lideri bildirib.

Qeyd edək ki, hazırda Sudanda 750 mindən çox qanunsuz miqrant var.

Hökumət insan alverinin qarşısını almaqda gücsüzdür.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31