Taliban lideri Çindən yardım istədi

Taliban terror təşkilatının təsisçilərindən biri olan Maulan Sami əl-Haqq Çini Əfqanıstanda müharibəni bitirmək üçün danışıqlarda iştirak etməyə çağırıb.

Haqq Çinin Əfqanıstanla bağlı danışıqlarda iştirakının sevindirici hall olacağını bildirib. O, Çinin bu vacib məsələni yalnız ABŞ-ın öhdəliyinə buraxmamalı olduğunu söyləyib.

Qeyd edək ki, Çin uzun illərdir Əfqanıstandakı situasiya ilə yaxından maraqlanır. Buna səbəb müsəlman əhalinin üstünlük təşkil etdiyi Uyğur Muxtar bölgəsinin Əfqanıstanla sərhəd olmasıdır. Belə ki, Çinin terror təşkilatı kimi tanıdığı Şərqi Türküstan İslam Hərəkatının bazaları Əfqanıstan və Pakistanda yerləşir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31