Ukrayna Rusiyanı ittiham etdi: Növbəti separatizm dalğası...
2 Oktyabr 2018 12:32 DünyaZakarpatya bölgəsində etnik macarlarla gərginliyi məhz Rusiya yaradır.
Bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib.
"Rusiya regionda gərginlik yaratmaq üçün bu məsələdən istifadə edib və həmişə də istifadə edəcək. Rusiyanın bu yöndə fəaliyyəti nə macarların, nə də Macarıstanın mənafeyinə xidmət edir. Biz macar icmasına yardım etməliyik", - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Macarıstan hökuməti Ukraynanı etnik azlıqda olan macarlara qeyri-adekvat münasibət göstərməkdə ittiham edir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31