“Lukaşenko devriləcək, yerinə general gətiriləcək”

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna və Rusiya arasında neytral mövqe seçməsi ona hakimiyyətdə qalmağa yardım etməyəcək.

Bunu "Obozrevatel" saytına açıqlamasında ukraynalı ekspert Valeri Kravçenko deyib. Onun sözlərinə görə, Kreml artıq indidən Belarusda dövlət çevrilişi hazırlayır:

"Rusiya Belarusu heç vaxt çıxa bilməyəcəyi çərçivəyə salacaq. Bu, artıq neytral mövqenin tutulacağı dünya deyil. Burada Moskva Minskə ya onunla, ya da bizimlə olmağı təklif edir. Moskva heç bir halda Belarusu öz yanından kənara buraxmayacaq. Belarusda çoxdan Maydan məsələsi müzakirə edilir. Bu Maydan Lukaşenkonu yıxmaq üçün Moskva tərəfindən təşkil ediləcək. Lukaşenkonun yerinə hansısa FTX generalı gətiriləcək və o, yalnız Kremlin əmrlərini icra edəcək".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31