Ermənistanda matəm elan olunacaq

Erməni əsilli Fransa müğənnisi Şarl Aznavur dəfn edilən gün Ermənistanda matəm elan olunacaq.

Bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

"Mənim Şarl Aznavurla şəxsi tanışlığım yox idi. Yerevanda keçiriləcək Frankofoniya sammiti çərçivəsində onunla görüşməyi planlaşdırırdım. Şarl Aznavur milli qəhrəmandır və erməni xalqına sədaqətli olaraq, ölkəmizin qurulmasına böyük əmək sərf edib", - hökumət başçısı vurğulayıb.

Qeyd edək ki, Ş.Aznavur oktyabrın 1-də Parisdə ölüb. Onun oktyabrın 3-də Fransada dəfn olunacağı gözlənilir.

Xatırladaq ki, Ş.Aznavur qondarma "erməni soyqırmı"nın tanınmasının fəal təbliğatçılarından biri olub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31