Fransada İslam təşkilatının qərargahında axtarışlar keçirilir

Fransada, təqribən, 200 polisin iştirakı ilə antiterror əməliyyatı keçirilir.

Axtarışlar İslam təşkilatının qərargahında aparılır.

Prefekturanın məlumatına görə, bu gün səhər Qrand-Sent kommunasında terrorizmlə mübarizə çərçivəsində milli polis əməliyyat keçirir.

"Centre Zahra France" təşkilatının fəaliyyəti onun rəhbər şəxslərinin bir sıra terror təşkilatlarına verdikləri dəstəklə əlaqədar ciddi nəzarət altında idi", - prefekturanın məlumatında deyilir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31